Beşmərtəbəli binada yanğın - 4 nəfər təxliyə olunub

17:55 04.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhərinin Nizami rayonunda beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 60 m² olan 3 otaqlı mənzilin bir otağının plastikdən ibarət pəncərəsi, 1 ədəd kondisioner və 1 ədəd dolab qismən yanıb.

Hafta.az bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 4 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.